Rəhbərliyin maaşını işçilərə paylayacaqlar

saytların hazırlanması

Evə çatdırılma

Rəhbərliyin maaşını işçilərə paylayacaqlar

İdman

07 Aprel 2020 16:55 1042


Koronavirus infeksiyası futbol ictimaiyyətini də çətin vəziyyətdə qoyub. Çempionatların dayandırılması, mötəbər turnirlərin təxirə salınması bu sektorda maddi problemlərə yol açıb.

Yenisabah.az xəbər verir ki, Şotlandiyanın məşhur "Qlazqo Reyncers" klubu vəziyyətdən çıxış yolu tapıb.

“Qlazqo Reyncers”in baş məşqçisi Stiven Cerrard deyib ki, işçilərin maaşlarını vaxtında ödəmək üçün rəhbərlik fədakarlıq etməyə qərar verib. Onun sözlərinə görə, klub rəhbərliyi, baş məşqçi və futbolçular 3 ay məvacib almayacaqlar. Onlara çatmalı olan pullar sadə işçilərin maaşının ödənilməsinə sərf olunacaq. Toyuqlu pizza

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!