Fatimə Fətəliyeva sosial şəbəkədə ünvanına yazılan təhqiramiz paylaşımlarla bağlı hüquq-mühafizə orqanlarına üz tutub.
"Yeni Sabah" xəbər verir ki, rəqqası bu barədə instaqram hesabında məlumat yayıb.
O bildirib ki, naməlum şəxs şərəf və ləyaqətini alçaldan, təhqiredici məzmunlar yayır. pizza
F.Fətəliyeva vurğulayıb ki, ictimai tanınan şəxs kimi bu cür paylaşımlar nüfuzuna və şəxsi həyatına ciddi mənfi təsir göstərir.
“Xahiş edirəm, bu şəxsin kimliyinin müəyyən edilməsi və qanunvericiliyə uyğun şəkildə araşdırılması üçün lazımi tədbirlər görülsün. Heç kəsin başqa bir şəxsin şərəf və ləyaqətini alçaltmaq hüququ yoxdur. Ümid edirəm ki, müraciətimə operativ baxılacaq və qanun çərçivəsində müvafiq tədbirlər görüləcək”.
Telegram kanalımız