"Neftçi" basketbol komandasına yeni baş məşqçi təyin olunub.
Klubdan "Yeni Sabah"a verilən məlumata görə, Konstantinos Vasiliadis ilə ilkin olaraq 2026-2027-ci illər mövsümünün sonunadək müqavilə bağlanıb. Mövsümün sonunda isə sözləşmənin müddəti yenidən dəyərləndiriləcək.
Yunanıstanlı mütəxəssis son olaraq İspaniyanın "Lusentum Alikante" klubunu (2025-2026) çalışdırıb. Toyuqlu pizza
Qeyd edək ki, Konstantinos Vasiliadis zəngin basketbolçu karyerası ilə tanınır. 42 yaşlı mütəxəssis vaxtilə "Olimpiakos", PAOK, "Unikaxa Malaqa", "Anadolu Efes" və "Bilbao Basket" kimi Avropanın önəmli klublarında çıxış edib.
Telegram kanalımız