Bakıda uşaq bağçasında nə baş verir? -   YOXLAMA BAŞLADI

saytların hazırlanması

Evə çatdırılma

Bakıda uşaq bağçasında nə baş verir? - YOXLAMA BAŞLADI

Hadisə

20 Oktyabr 2026 10:39 107


Bakıda yerləşən 329 nömrəli uşaq bağçasında qida təhlükəsizliyi və sanitariya qaydalarının pozulduğu müəyyən edilib.

“Yeni Sabah” xəbər verir ki, Binəqədi rayonu, Müşfiqabad qəsəbəsi, Günəşli küçəsində yerləşən bağçada Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.

Yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi, həmçinin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların və sanitariya norma və qaydalarının tələblərinin pozulduğu aşkarlanıb. pizza sifarişi

Aşkar edilmiş nöqsanlarla bağlı müəssisənin rəhbərliyi barəsində inzibati xəta haqqında protokol tərtib edilib. Həmçinin mətbəxdə istehlaka hazır qida məhsullarından nümunələr götürülərək laborator müayinələrə göndərilib.

Aytac Əliyeva


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!