Müğənni Roza Zərgərli mərhum Xalq artisti İlhamə Quliyevaya bənzədilib.
Yenisabah.az xəbər verir ki, bir vaxtlar məşhur “Etiraf” verilişinin aparıcısı olan İlham Mirzəyev Roza Zərgərlini İlhamə Quliyevanın davamçısı adlandırıb.
Belə ki, sosial şəbəkə hesabında mərhum Xalq artisti İlhamə Quliyevanın doğum günü ilə bağlı görüntüləri paylaşan Mirzəyev qeyd edib: Dominos pizza
"Mən ancaq bir davamçı kimi Roza Zərgərlini bənzədirəm. Sözündə, əməlində sədaqət, mərdlik..."
Roza Zərgərli də bu bənzətməyə biganə qalmayıb. İfaçı "Sən kraliçanı yaxından tanıdığın üçün bənzərliyimizi yazmısan. Əziz dost, torpağı sanı yaşayaq. Ad günün mübarək, türk dünyasının kraliçası",- deyə şərh yazıb.
Telegram kanalımız