Rusiya Ermənistanla dostluq münasibətlərini qorumağa ümid edir və digər KTMT üzv dövlətləri də İrəvanla əlaqələri inkişaf etdirməkdə maraqlıdırlar.
"Yeni Sabah" RIA Novosti-yə istinadla xəbər verir ki, bunu Rusiyanın KTMT-dəki daimi nümayəndəsi Viktor Vasilyev bildirib.
"Xalqlarımızın onilliklər ərzində deyil, əsrlər boyu bir-birinə bağlı həyatlarını və taleyini nəzərə alaraq, Rusiya ilə Ermənistan arasında dostluq münasibətlərini qorumaq istəyirik. Digər KTMT üzv dövlətlərinin də öz maraqları və Ermənistan Respublikası ilə öz münasibət tarixləri var", - Vasilyev qeyd edib. Dominos pizza
Ermənistan 2024-cü ildə KTMT-dəki iştirakını dayandıracağını açıqlayıb. Baş nazir Nikol Paşinyan bunu müttəfiqlərin 2021-2022-ci illərdə Ermənistana qarşı Kollektiv Təhlükəsizlik Müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi ilə izah edib.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir.
Telegram kanalımız