Rusiya Paşinyandan nə tələb edir?

saytların hazırlanması

Evə çatdırılma

Rusiya Paşinyandan nə tələb edir?

Dünya

24 Sentyabr 2026 11:14 100


Rusiya noyabrın 1-dən Ermənistana qaz tədarükünü tamamilə dayandıra bilər.

"Yeni Sabah" Hraparak-a istinadla xəbər verir ki, Moskva qaz tədarükünün dayandırılmaması üçün Ermənistanın Baş naziri Nikol Paşinyan qarşısında bir sıra tələb irəli sürüb.

Tələblərdən biri Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazası məsələsinin müzakirəsindən imtina edilməsidir. Digər tələb Rusiyanın iştirakı olan şirkətlərə, o cümlədən dəmir yolu və “Qazprom”a qarşı tədbirlərin dayandırılmasıdır. pizza

Moskva həm də Ermənistanın Avropa İttifaqına üzvlük prosesinin dayandırılmasını tələb edir. Rəsmi İrəvanın Rusiya yönümlü siyasətçilərə qarşı təqibləri dayandırması da bu siyahıya daxildir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!