Rusiya səfiri Finlandiya XİN-ə çağırıldı

saytların hazırlanması

Evə çatdırılma

Rusiya səfiri Finlandiya XİN-ə çağırıldı

Dünya

03 Oktyabr 2022 13:27 728


Rusiyanın Helsinkidəki səfiri Pavel Kuznetsov Finlandiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. 

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Diplomata Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərində keçirilən “referendum”larla bağlı Finlandiya hökumətinin etirazı çatdırılıb. Toyuqlu pizza

Qeyd edək ki, sentyabrın 23-dən 27-dək Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərində “referendum” təşkil olunmuşdu. Rusiya Prezidenti Vladimir Putin oktyabrın 1-də həmin ərazilərin ölkəsinə birləşdiyini elan etmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!