Rusiyada güclü zəlzələ oldu

saytların hazırlanması

Evə çatdırılma

Rusiyada güclü zəlzələ oldu

Dünya

03 Avqust 2026 16:32 101


Rusiyanın Kamçatka diyarında 5 bal gücündə zəlzələ qeydə alınıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri Petropavlovsk-Kamçatski şəhərindən təxminən 161 kilometr məsafədə yerləşib. Yeraltı təkanların ocağı 58,5 kilometr dərinlikdə qeydə alınıb. pizza hut

Bildirilib ki, təkanlar şəhərdə zəif hiss olunub, lakin hadisə nəticəsində ölən, xəsarət alan və ya ciddi dağıntılar barədə məlumat daxil olmayıb. Regional fövqəladə xidmətlər vəziyyətin nəzarət altında olduğunu açıqlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!