Rusiyada yanacaq böhranı yenidən qızışdı

saytların hazırlanması

Evə çatdırılma

Rusiyada yanacaq böhranı yenidən qızışdı

Hadisə

25 Sentyabr 2026 11:29 73


Rusiyada neft emalı zavoduna PUA-larla hücum edilib. Hücum nəticəsində zavodda zərər yaranıb və müəssisənin fəaliyyəti müvəqqəti dayandırılıb.

“Yeni Sabah” xəbər verir ki, Rusiyanın Rostov vilayətində yerləşən Novoşaxtinsk neft emalı zavodu gecə saatlarında PUA hücumuna məruz qalıb. Rostov vilayətinin qubernatoru Yuri Slyusar bildirib ki, hücum zamanı bölgənin 6 rayonunda 50-yə yaxın PUA zərərsizləşdirilib. Onun sözlərinə görə, hücum nəticəsində Novoşaxtinsk neft emalı zavoduna ziyan dəyib. Bu səbəbdən müəssisənin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

Qubernator hücum nəticəsində xəsarət alan şəxslər barədə məlumat olmadığını bildirib. Hadisə ilə bağlı araşdırma davam edir. pizza mizza

Qeyd edək ki, Rusiyada yanacaqla bağlı problem son dövrlərdə yenidən dərinləşib. Ukraynanın Rusiya ərazisindəki neft emalı zavodlarına PUA hücumları nəticəsində bir sıra müəssisələrdə işlər dayandırılıb və ölkənin bəzi bölgələrində yanacaq satışına məhdudiyyətlər tətbiq edilib. Rusiya hökuməti daha əvvəl benzin və dizel yanacağının ixracına da qadağa qoyub.

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!