Rusiyaya kütləvi dron hücumu olub

saytların hazırlanması

Evə çatdırılma

Rusiyaya kütləvi dron hücumu olub

Dünya

02 Avqust 2026 15:02 92


Avqustun 2-də, gecə saatlarında Rusiya hava hücumundan müdafiə sistemləri bu ölkənin bölgələri üzərində Ukraynanın 635 pilotsuz uçuş aparatını məhv edib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

TASS agentliyinin məlumatına görə, Rusiyada gecə saatlarında bu ilin əvvəlindən bəri ən böyük dron hücumlarından biri qeydə alınıb. Marqarita pizza

Samara vilayətində dron hücumundan sonra “Wildberries” logistika kompleksində yanğın baş verib. İlkin məlumatlara görə, insan tələfatı yoxdur. Şirkət yanğınsöndürənlərin hadisə yerində olduğunu və sifarişlərin müvəqqəti olaraq digər logistika müəssisələri vasitəsilə qəbul edildiyini və göndərildiyini bildirib.

Saratov vilayətində dronlar iki çoxmənzilli binaya və bir neft emalı zavoduna düşüb. Regional hakimiyyət orqanlarının məlumatına görə, Saratov və Engelsdə mülki infrastruktura ziyan dəyib.

Hücum nəticəsində iki nəfərin öldüyü bildirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!