Türkiyədə əcnəbilərin daşınmaz əmlak alışı üzrə siyahıda Rusiya vətəndaşları liderliyini qoruyur.
“Yeni Sabah” Türkiyə Statistika Qurumuna (TÜİK) istinadən xəbər verir ki, rusiyalılar avqust ayında 343 mənzil alaraq ilk sırada qərarlaşıblar. İkinci yerdə 147 mənzillə Ukrayna, üçüncü pillədə isə 140 mənzillə İran vətəndaşları qərarlaşıb.
Rusiyalıların Türkiyədə mənzil almaq marağı Ukrayna müharibəsindən sonra başlayıb və uzunmüddətli xarakter daşıyır. 2025-ci il ərzində ümumilikdə 3 640-a yaxın mənzil alan Rusiya vətəndaşları əcnəbi alıcılar arasında zirvədəki yerini saxlayıb. pizza
Sərtləşdirilən rezidentlik və kirayə qaydalarına baxmayaraq, bu marağın davam etməsi diqqət çəkir. Türkiyədə əcnəbilərin yaşayış icazəsi (oturum) ala bilməsi üçün tələb olunan minimum mənzil dəyərinin 200 min dollara qaldırılması və qısamüddətli turistik kirayələr üçün Komissiya ilə yanaşı binadakı bütün qonşuların razılığının tələb olunması kimi yeni şərtlər bazara təsir göstərib.
Əcnəbilərə mənzil satışı 2022–2023-cü illərdə aylıq 1000–1200 aralığında olduğu halda, son dövrlərdə gözəçarpan azalma yaşanıb. Mütəxəssislər bunun səbəbləri kimi Türkiyədəki yüksək inflyasiyanı, mənzil qiymətlərinin dollar ekvivalentində bahalaşmasını və Rusiya ilə Türkiyə arasında bank köçürmələrində yaranan çətinlikləri göstərirlər.
Rusların üstünlük verdiyi şəhərlər arasında kəskin dəyişiklik yoxdur. Əməliyyatların 80 faizdən çoxu Antalya, İstanbul və Mersinin payına düşür. Antalya (Alanya daxil olmaqla) ən çox üstünlük verilən region olaraq qalır, İstanbul ikinci yerdədir. Mersin isə xüsusilə Akkuyu Nüvə Güc Stansiyası ətrafındakı layihələr və yatırımlar sayəsində rusiyalı investorların yeni diqqət mərkəzinə çevrilib.
Cəlalə
Telegram kanalımız