Sabah Bakının bu ərazilərində qaz olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Sabah Bakının bu ərazilərində qaz olmayacaq

Sosial

27 Dekabr 2023 23:04 1762


Sabah Bakı və Mingəçevirin bəzi ərazilərində qaz olmayacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Mingəçevir şəhəri, Gəncə şosesində aztəminatlı ailələr üçün inşa edilmiş binaların qazlaşdırılması ilə bağlı yeni çəkilmiş orta təzyiqli qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi, həmçinin “Daş Butka” QTM-dən qidalanan orta təzyiqli istismara yararsız yeraltı qaz xəttinin bir hissəsinin əvəzlənməsi, eləcə də yeni çəkilmiş yeraltı qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi məqsədilə “Mingəçevir 1 xətt” ölçü qovşağı üzərində quraşdırılmış kollektordan qidalanan orta təzyiqli qaz xəttindən və “Sərdarov zavodu” orta təzyiqli qaz xəttindən 28.12.2023-cü il saat 10:00-dan qaz təchizatının dayandırılması planlaşdırılır. pizza

Təmir-quraşdırma işləri aparılan müddətdə Mingəçevir şəhərinin bir hissəsinin, paytaxtın Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsinin bir hissəsinin, Biləcəri qəsəbəsində Ordubadi küçəsinin, I,II,III Mədən, Baksol yolu və Binəqədi şosesi adlanan yaşayış ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!