Sabah Bakının bu hissəsində qaz olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Sabah Bakının bu hissəsində qaz olmayacaq

Sosial

01 Fevral 2021 20:14 1172


Fevralın 2-si saat 10:00-dan Binəqədi rayonunun “Vulkan”, “1 may” yaşayış massivləri, Biləcəri və Binəqədi qəsəbələrinin bir hissəsində qazın verilişində müvəqqəti fasilə yaranacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, fasiləyə səbəb rayonun DSK yolu adlanan ərazisində yeraltı qaz sızmasının ləğvi, karroziyaya uğramış qaz kəmərinin əvəzlənməsi məqsədilə yeni çəkilmiş diametri 250 mm olan qaz xəttinin mövcud şəbəkəyə qoşulması işlərinin icra edilməsidir. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!