Sabah çimərliklərdə hava necə olacaq?

saytların hazırlanması

Evə çatdırılma

Sabah çimərliklərdə hava necə olacaq?

Sosial

01 Avqust 2026 14:38 78


Sabah çimərliklərdə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “Yeni Sabah”a daxil olan xəbərə görə, avqustun 2-də Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 26-27 dərəcə isti olacaq.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gecə 23-26, gündüz isə 29-34 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət gecə 70-75 faiz, gündüz isə 45-50 faiz təşkil edəcək. Dördpendirli pizza

Azərbaycanın rayonlarında da əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimal olunur. Gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə arabir duman müşahidə ediləcək. Mülayim şərq küləyi əsəcək.

Rayonlarda havanın temperaturu gecə 22-26, gündüz 34-39, dağlıq ərazilərdə isə gecə 15-20, gündüz 23-28 dərəcə isti olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!