Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək.
Milli Hidrometeorologiya Xidmətindən “Yeni Sabah”a daxil olan xəbərə görə, arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında zəifləyəcək. Havanın temperaturu gecə 21-25° isti, gündüz 33-38° isti olacaq. Bakıda gecə 22-24° isti, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət 50-55 % olacaq.
Abşeron çimərliklərində gözlənilən hava şəraiti Dominos pizza
Arabir güclənən şimal-qərb küləyi ilə əlaqədar olaraq əhalinin ehtiyyatlı olması tövsiyyə olunur.
Dəniz suyunun temperaturu:
Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti,
Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 22-27° isti, gündüz 35-39°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 8-13° isti, gündüz 25-29° isti olacaq.
Telegram kanalımız