“Sabah” klubundan maraqlı təşəbbüs

saytların hazırlanması

Evə çatdırılma

“Sabah” klubundan maraqlı təşəbbüs

İdman

22 Sentyabr 2026 10:09 96


“Sabah” futbol klubu Azərbaycan futbolunda indiyədək tətbiq olunmayan yeniliyə imza atıb.

“Yeni Sabah” xəbər verir ki, paytaxt təmsilçisi azarkeşlər üçün vahid bilet/abunəlik sistemini yaradıb.

Layihəyə əsasən, azarkeşlər cəmi bir bilet əldə etməklə “Sabah”ın mövsüm ərzindəki bütün ev oyunlarını stadiondan canlı izləmək imkanı qazanırlar. pizza sifarişi

Avropa futbolunda geniş tətbiq edilən bu strategiya yerli azarkeşlər tərəfindən də böyük maraqla qarşılanıb.

Satışa çıxarılan vahid biletlərin böyük hissəsi artıq qısa müddət ərzində tükənib. Klubun bu addımı həm tribuna davamlılığını artırmaq, həm də azarkeşlərin stadiona axınını stimullaşdırmaq məqsədi daşıyır.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!