Sabahın hava proqnozu açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Sabahın hava proqnozu açıqlandı

Sosial

23 Avqust 2021 12:42 960


Milli Hidrometeorologiya Xidməti avqustun 24-də gözlənilən hava şəraiti barədə məlumat yayıb.

Yenisabah.az xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-şərq küləyi əsəcək. pizza hut

Havanın temperaturu gecə 23-26° isti, gündüz 35-38° isti, Bakıda gecə 23-25°  isti, gündüz 35-37° isti olacaq.

Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 60-70 %, gündüz 30-35 % olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraiti

Şimal-şərq küləyi əsəcək.

Dəniz suyunun temperaturu:

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27° isti, cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 27-28° isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Avqustun 24-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında

Əksər rayonlarda əsasən yağmursuz. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Şərq

küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 35-40° isti, dağlarda gecə 14-19° isti, gündüz 23-28° isti olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!