Sabahın hava proqnozu: Şimşək çaxacaq, yağış yağacaq

saytların hazırlanması

Evə çatdırılma

Sabahın hava proqnozu: Şimşək çaxacaq, yağış yağacaq

Sosial

01 Sentyabr 2021 12:47 4974


Sentyabrın 2-də gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Yenisabah.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. 

Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-26° isti, gündüz 31-35° isti, Bakıda gecə 23-25° isti, gündüz 33-35° isti olacaq.  pizza

Atmosfer təzyiqi  normadan aşağı 755 mm civə sütunundan 749 mm civə sütununa enəcək.  

Nisbi rütubət  gecə 60-70 %, gündüz 45-50 % olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraiti:     

Cənub-şərq küləyi əsəcək.

Dəniz suyunun temperaturu:  

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27° isti,

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 27-28° isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Sentyabrın 2-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim  

tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir. 

Azərbaycanın rayonlarında: Əsasən yağmursuz. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli  yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25°  isti, gündüz 33-38° isti, dağlarda gecə 13-18° isti, gündüz  22-27° isti olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!