Sabahın HAVASI: Qar yağacaq, dolu düşəcək

saytların hazırlanması

Evə çatdırılma

Sabahın HAVASI: Qar yağacaq, dolu düşəcək

Sosial

13 Aprel 2022 12:43 797


Bakıda və Abşeron yarımadasında aprelin 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Milli Hidrometeorologiya Xidmətindən “Yeni Sabah”a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq.

Güclü şimal-qərb küləyi axşam mülayimləşəcək. Havanın temperaturu gecə 10-12° isti, gündüz 12-15° isti, Bakıda gecə 10-12° isti, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi 752 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-65 % olacaq. Dominos pizza

Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə şimşək çaxacağı, arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi gecə və səhər arabir güclü olacaq.

Havanın temperaturu gecə 8-13° isti, gündüz 17-22° isti, dağlarda gecə 3-8° isti, gündüz 8-13° isti olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!