"AzTV-nin "düşmən media" siyahısına salınması səhvdir".
"Yeni Sabah" Səhər TV-yə istinadla xəbər verir ki, bunu İslam Respublikasının Bakıdakı keçmiş səfiri Möhsün Pakayin bildirib.
O, Azərbaycan-İran münasibətlərinin gələcəyini müsbət qiymətləndirərək, iki ölkə arasındakı əlaqələrin əvvəlki illərlə müqayisədə daha yaxşı olduğunu vurğulayıb. pizza mizza
Sabiq səfir rəsmi dövlət kanalı olan AzTV-nin "düşmən və terrorçu kanallar" siyahısına salınmasının düzgün addım olmadığını da dilə gətirib:
"Mən elə düşünmürəm ki, AzTV-ni düşmən və terrorçu kanallar siyahısına salmalıyıq. Məsələn, bu telekanalı "Iran International" kimi kanallarla eyni siyahıya yerləşdirməməliyik. Fikrimcə, bu, bir növ səhvdir".
Aytəkin Əzizqızı
Telegram kanalımız