Sabiq prezidenti 20 il həbs gözləyir

saytların hazırlanması

Evə çatdırılma

Sabiq prezidenti 20 il həbs gözləyir

Dünya

23 Aprel 2023 20:54 786


Perunun keçmiş prezidenti Alexandro Toledo ABŞ-dan Peruya qayıdıb.

Yenisabah.az "Reuters"ə istinadla xəbər verir ki, o, korrupsiya ittihamı ilə həbs olunan üçüncü dövlət başçısı olacaq.

77 yaşlı Toledo cəzasını keçmiş prezidentlər Alberto Fuximori və Pedro Kastilonun da olduğu paytaxt Limanın kənarındakı polis bazasında çəkəcək. Sezar pizza

2001-2006-cı illərdə ölkə prezidenti olmuş A. Toledo ekstradisiya olunmaq üçün Cümə günü təslim olub.

Peru hakimiyyəti Toledonu Braziliyanın "Odebrecht" tikinti şirkətindən magistral yolun tikintisi üçün tenderdə qalib gəlmək müqabilində 35 milyon dollar rüşvət almaqda ittiham edir.

Sabiq dövlət başçısı onu çirkli pulların yuyulmasında və sui-qəsddə ittiham edən prokurorların korrupsiya ittihamlarını rədd edir. Onlar 20 il həbs cəzası istəyiblər.

Ekstradisiya prosesi 2018-ci ildə başlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!