Sabirabadda təcili yardım maşını qəzaya uğradı:  Xəsarət alanlar var

Sabirabadda təcili yardım maşını qəzaya uğradı: Xəsarət alanlar var

Hadisə Veb saytların hazırlanması

18 Sentyabr 2023 20:56 241


Sabirabadda təcili yardım maşını ilə digər avtomobilin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb.

"Report"un Aran bürosunun məlumatına görə, hadisə rayonun Qalağayın kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, İmişli rayonuna məxsus təcili yardım maşını “VAZ-21011” markalı avtomobillə toqquşub.

Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda xəsarət alanların şəxsiyyəti müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!