Sahibə Qafarova Almaniyaya getdi

saytların hazırlanması

Evə çatdırılma

Sahibə Qafarova Almaniyaya getdi

Siyasət

30 Noyabr 2023 20:31 581


Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Almaniyaya rəsmi səfərə gedib.

Yenisabah.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, səfər çərcivəsində S.Qafarova paytaxt Berlində yerləşən “Gallery Berlin”də təşkil olunan “Ümummilli lider Heydər Əliyev və Azərbaycanın mədəni irsi” adlı fotosərgi ilə tanış olub. Dördpendirli pizza

Azərbaycan parlamentinin spikeri müasir müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevin misilsiz xidmətləri haqqında danışıb, onun Azərbaycan mədəniyyətinə diqqət və qayğısı barədə fikirlərini bildirib. O, Prezident İlham Əliyevin bütün digər sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də əsası ulu öndər tərəfindən qoyulmuş işləri uğurla davam etdirdiyini qeyd edib, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə bu sahədə reallaşdırılan irimiqyaslı layihələri diqqətə çatdırıb.

Tədbirdə həmçinin, “Heydər Əliyev ili” çərçivəsində Milli Məclis tərəfindən təşkil olunan tədbirlər barədə də məlumat verilib.

Sonra Azərbaycan parlament nümayəndə heyətinin üzvləri - Almaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nurlan Həsənov, deputatlar Elnur Allahverdiyev, Soltan Məmmədov, Elşən Musayev, parlament Aparatının rəhbəri Fərid Hacıyev və digər rəsmi şəxslər sərgi ilə tanış olublar. Sərginin ziyarətçilərdə böyük marağa səbəb olduğu vurğulanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!