Paşinyan: “Şahin Mustafayevin İrəvan səfəri tarixi hadisədir”

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan: “Şahin Mustafayevin İrəvan səfəri tarixi hadisədir”

Dünya

30 Aprel 2026 13:27 107


“Çox mühüm hadisə baş verib. Fikrimcə, hər iki ölkənin baş nazir müavinlərinin səfərləri sülh prosesinin institusional məntiqi baxımından tarixi xarakter daşıyır. Bu mərhələyə gəlib çatdığımıza görə çox şadam”.

“Yeni Sabah” Armenpress-ə istinadla xəbər verir ki, bu fikirləri Ermənistan Baş naziri Nikol Paşinyan hökumətinin iclasından sonra keçirilən brifinqdə deyib.

O, vurğulayıb ki, Ermənistan və Azərbaycan arasında münasibətlər tədricən yaxşılaşdırılmalı, sülh prosesi daha da möhkəmləndirilməlidir:

“Normal münasibətlər qurulmalı, uzunmüddətli perspektivdə isə strateji baxımdan mehriban qonşuluq əlaqələri formalaşmalıdır”.

Paşinyan əlavə edib ki, tərəflər arasında dialoqun davam etdirilməsi və sülhün gücləndirilməsi əsas prioritet olaraq qalır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!