Şahzadə Diananın “intiqam libası” hərraca çıxarılır - QİYMƏT

saytların hazırlanması

Evə çatdırılma

Şahzadə Diananın “intiqam libası” hərraca çıxarılır - QİYMƏT

Maraqlı

11 Sentyabr 2026 14:14 120


Şahzadə Diananın illərdir yaddaşlardan silinməyən məşhur qara libası bu dəfə başqa səbəbdən gündəmə gəlib. 1994-cü ildə geyindiyi və mediada “intiqam libası” adlandırılan geyim hərraca çıxarılacaq.

“Yeni Sabah” xəbər verir ki, söhbət Diananın dizayner Kristina Stambolian tərəfindən xüsusi hazırlanmış qara ipək gecə libasından gedir.

Diana bu libası 1994-cü ildə Londondakı "Vanity Fair" gecəsində geyinib. Onun tədbirə gəlişi həmin dövr üçün olduqca diqqətçəkən hadisəyə çevrilib və sonradan populyar mədəniyyətin ən yadda qalan görüntülərindən biri kimi tanınıb. Libasın “intiqam libası” adlandırılmasının səbəbi isə həmin gecədən bir neçə saat əvvəl baş verən hadisə olub. Diananın keçmiş həyat yoldaşı, o vaxtkı şahzadə Çarlz televiziya müsahibəsində Kamilla Parker-Bouls ilə münasibətini etiraf edib. Dördpendirli pizza

300 min dollara satıla bilər

"Sotheby’s" hərrac evinin məlumatına görə, libas dekabrın 9-da keçiriləcək hərracda satışa çıxarılacaq. Geyimin 300 min dollara qədər qiymətə satılacağı gözlənilir.

İlk dəfə hərraca çıxarılır

Bu, məşhur libasın uzun illər sonra ilk dəfə hərracda satışa çıxarılmasıdır.

"Sotheby’s"in açıqlamasına görə, Diana 1997-ci ildə xeyriyyə məqsədilə geyimlərini satdıqdan sonra həmin libas ilk dəfə açıq hərracda alıcılara təqdim olunur.

Diana necə vəfat edib?

Şahzadə Diana 31 avqust 1997-ci ildə Parisdə avtomobil qəzasında həyatını itirib. Onun olduğu avtomobil paparassilər tərəfindən təqib edilərkən tuneldə qəzaya uğrayıb. Qəza nəticəsində Diana ilə yanaşı onun sevgilisi Dodi Əl-Fayed və avtomobilin sürücüsü Henri Pol da həlak olub.

Əsmətxanım Rzazadə


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!