Sakinlərin nəzərinə: Sabah bəzi ərazilərdə işıq olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Sakinlərin nəzərinə: Sabah bəzi ərazilərdə işıq olmayacaq

Sosial

22 Sentyabr 2026 22:41 111


Sentyabrın 23-də 35/10 kV-luq "Nəzərabad" yarımstansiyasından qidalanan 10 kV-luq "Şıxmahmud" hava elektrik xəttində təmir-bərpa işləri aparılacaq.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) məlumat verilib.

Bu səbəbdən sabah saat 14:30-dan 16:30-dək Babək rayonunun Şıxmahmud, Xəlilli və Uzunoba gölünün ətraf ərazilərində elektrik enerjisinin verilişi dayandırılacaq. Toyuqlu pizza

Enerji təchizatı sisteminin etibarlılığının artırılması məqsədilə elektrik verilişi xətlərində və yarımstansiyalarda təmir-bərpa və yenidənqurma işləri mərhələli şəkildə davam etdirilir. İşlər başa çatdıqdan sonra qeyd olunan ərazilərin abonentləri daha keyfiyyətli, fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!