Cümə günü ABŞ-da hücuma məruz qalan hind əsilli dünya şöhrətli britaniyalı yazıçı Salman Rüşdinin vəziyyəti son dərəcə ağır olaraq qalır.
Yenisabah.az xəbər verir ki, bu barədə onun oğlu Zəfər Rüşdi məlumat verib.
O, bildirib ki, yazıçının intensiv müalicəsi davam edir. Pepperoni pizza
"Ona verilən oksigen terapiyası artıq dayandırıldı. Atam bir neçə sözü tələffüz etməyi bacarır. Amma ümumilikdə onun durumu ağırdır".
Zəfər Rüşdi yazıçının gələcək həyatının keyfiyyətini dəyişəcək bir sıra xəsarətlər aldığını da bildirib. Bundan əvvəl yazıçının ədəbi agenti Endryu Uayli Britaniya və Amerika mətbuatına Salman Rüşdinin müalicəsinin artıq başladığını, lakin bunun uzunmüddətli olduğunu açıqlamışdı.
Telegram kanalımız