Samirə Əfəndi Akif Nağıdan məhkəməyə şikayət edəcək

saytların hazırlanması

Evə çatdırılma

Samirə Əfəndi Akif Nağıdan məhkəməyə şikayət edəcək

Şou

25 Noyabr 2025 13:22 1022


Avroviziya təmsilçimiz Samirə Əfəndi onu təhqir edən Azad Vətən Partiyasının sədri Akif Nağıdan məhkəməyə şikayət edəcək.

"Yeni Sabah" xəbər verir ki, bu barədə o, “Tarixin bir günü” verilişində məlumat yayıb.

Müğənni vəkilinin bununla bağlı hüquqi işlərə başladığını bildirib. pizza hut

Xatırladaq ki, Azad Vətən Partiyasının (AVP) sədri Akif Nağı müğənni Samirə Əfəndiyə divan tutmağa çağırış edib.

Siyasətçi sosial şəbəkə hesabında müğənni haqqında sərt ifadələr işlədib.

Qazaxıstanın Astana şəhərində keçirilən beynəlxalq musiqi müsabiqəsinin final mərhələsində Azərbaycanı münsif qismində təmsil edən müğənni Samirə Əfəndi Ermənistan iştirakçısı Saro Gevorkyana maksimal, 12 bal verib. Bu isə sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Nəticələr elan olunarkən Samirə Əfəndinin Gevorkyanı səhnədə qucaqlaması isə müzakirələrin daha da qızışmasına gətirib çıxarıb.

İbrahim Məmmədov


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!