“Moldova MDB çərçivəsində imzalanmış sazişləri təhlil edir. Bundan sonra ayrı-ayrı sənədlərdən geri çəkilmək barədə təkliflər verəcəyik”.
Yenisabah.az “Jurnal”a istinadla xəbər verir ki, bu sözləri Moldova prezidenti Maya Sandu deyib.
Onun sözlərinə görə, son 30 ildə yüzlərlə müqavilə imzalanıb: “Hər il sənədlər imzalanırdı, bir çoxuna ehtiyac yox idi, indi hər şey təhlil edilir”. Pepperoni pizza
Eyni zamanda prezident xatırladıb ki, Moldovanın strateji problemi Avropaya inteqrasiyadır:
“Mən qəti şəkildə inanıram ki, Moldova bu onilliyin sonuna qədər Avropa İttifaqına üzv ola bilər”.
Telegram kanalımız