Sarkisyan istintaqa çağırıldı, ittihamlar irəli sürüldü

saytların hazırlanması

Evə çatdırılma

Sarkisyan istintaqa çağırıldı, ittihamlar irəli sürüldü

Dünya

25 Avqust 2026 14:48 64


Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə çağırılıb.

"Yeni Sabah" xəbər verir ki, ona qarşı da 1Cinayət Məcəlləsinin 308-ci maddəsinin 2-ci hissəsi ilə (mövcud Cinayət Məcəlləsinin 441-ci maddəsinin 2-ci hissəsinin 5-ci bəndinə uyğundur - vəzifəli şəxs tərəfindən hakimiyyətdən və ya vəzifə səlahiyyətlərindən sui-istifadə və ya onlardan irəli gələn təsir, yaxud hakimiyyət həddini aşma) ittihamlar irəli sürülüb.

Ddaha əvvəl Ermənistan prokurorluğu ölkənin ikinci prezidenti Robert Koçaryana qarşı cinayət işinin başlanması barədə məlumat vermişdi. Ona üç epizod üzrə vəzifə səlahiyyətlərindən sui-istifadə, iki epizod üzrə xüsusilə külli miqdarda rüşvət alma və dörd epizod üzrə xüsusilə külli miqdarda pul yuma ittihamları irəli sürülüb. pizza hut

Eyni iş çərçivəsində daha doqquz nəfərə, o cümlədən müxtəlif illərdə Ermənistanın müdafiə naziri və baş naziri vəzifələrini tutmuş Serj Sarkisyana qarşı da cinayət təqibi başlanılıb.

Prokurorluq işin digər fiqurantları sırasında Robert Koçaryanın oğlu Sedrak Koçaryanın, İrəvanın sabiq meri Qaqik Beqlaryanın, sahibkar Samvel Mayrapetyanın, keçmiş baş nazir Andranik Marqaryanın və digər şəxslərin adını çəkib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!