Təqribən bir ay ərzində İranın bir neçə bölgəsində saxta spirtli içkidən istifadə səbəbindən 20 nəfər həyatını itirib.
"Yeni Sabah" "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, bunu İran Səhiyyə Nazirliyinin rəsmisi Səccad Rəzəvi deyib.
Onun sözlərinə görə, həmin müddətdə 356 zəhərlənmə faktı aşkarlanıb, zəhərlənənlərdən 187-si xəstəxanaya yerləşdirilib, 142-si isə evə buraxılıb. ShopByBro
33 nəfərin vəziyyətinin ağır olduğuna görə reanimasiya bölmələrində müalicə olunduqlarını deyən Rəzəvi, 16 nəfərin də görmə qabiliyyətini itirdiyini bildirib.
Səhiyyə Nazirliyinin rəsmisi zəhərlənənlərin orta yaşının 30 olduğunu, 12 yaşlı bir uşağın də saxta spirtli içkidən zəhərləndiyini qeyd edib.
Telegram kanalımız