“Bu suala dəqiq bir cavab verə bilmərik, çünki bu mövzuda hələki kifayət qədər araşdırmalar görülməyib. Ancaq onu bilirik ki, bütün infeksiyalar metabolik nəzarəti pozur. Bu səbəbdən, qan şəkəri monitorinqi zəif olan diabet xəstələri, COVID-19 infeksiyasına yoluxma riskini artıra bilər”.
Yenisabah.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin mütəxəssisi Azər Hümmətov “Şəkərli diabet COVID-19 riskini artırırmı?” sualını cavablandırarkən deyib.
O bildirib ki, araşdırmalar göstərir ki, şəkərli diabet xəstələrində riski təyin edən əsas amillər yaşdır, qan şəkərinin və digər yanaşı xəstəliklərin olub-olmamasıdır. Bu səbəbdən, xəstəliyin nəzarətsiz şəkərli diabet xəstələrində daha ciddi şəkildə irəliləyəcəyini söyləmək olar: Dominos pizza
"Vaxtında normal kompensasiya olunmuş diabet xəstələrində COVID-19 xəstəliyi də normal keçirilir, lakin kompensasiya olunmayan, nəzarətsiz şəkərli diabet xəstələri daha ağır və fəsadlarla nəticələnir. Qanda şəkərin kəskin yüksəlməsi diyabetik ketoasidoz, diyabetik nefropatiya, diabetik retinopatiya kimi fəsadlara gətirib çıxarır. Bu səbəbdəndir ki, COVID-19-un ölüm satatistikasında kardiovaskulyar xəstələrdən sonra ikinci yerdə şəkərli diabet xəstələridir”.
Telegram kanalımız