Sərhəd qoşunlarımızın imkanlarını inkişaf etdirməklə paralel olaraq, Ermənistan sərhədinə nəzarəti ələ almalıyıq.
"Yeni Sabah" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
O, Ermənistanın Rusiya sərhədçiləri üçün vəsait ayırdığını xatırladıb.
Baş nazirin sözlərinə görə, keçmişdə rusiyalılar vəsaitin əmək haqqının artırılmasından ötrü yetərli olmamasından şikayətləniblar:
"Belə bir nəticəyə gəldik ki, bu məbləğlə öz imkanlarımızı inkişaf etdirə və sərhədin bir hissəsinə nəzarəti ələ ala bilərik. Rusiya sərhədçilərinə isə vəsait ayıracağıq və onlar həmin ayrılmış vəsait daxilində xidmət edəcəklər".
Telegram kanalımız