“Kadın” serialında canlandırdığı Nisa obrazı ilə tanınan uşaq aktrisa Kübra Süzgün sosial şəbəkədə etdiyi paylaşımla gündəmə gəlib.
''Yeni Sabah'' xəbər verir ki, aktrisa uzun paylaşımında Arçelik şirkəti, şirkətin bəzi rəhbərləri və bir sıra şəxslər barədə ağır ittihamlar səsləndirib. Süzgün iddia edib ki, illər əvvəl ona məxsus fotoşəkil ailəsinin razılığı olmadan reklam məqsədilə istifadə olunub və bununla bağlı qanunsuz sxem qurulub. O, həmçinin bu prosesdə müxtəlif şəxslərin iştirak etdiyini, saxta sənədlər hazırlandığını və ailəsinin uzun illər hüquqi mübarizə apardığını irəli sürüb.
Kübra Süzgün paylaşımında “Kadın” serialındakı həmkarı Özge Özpirinççini də hədəf alaraq ona sərt ittihamlar ünvanlayıb. Lakin bu iddialarla bağlı rəsmi məhkəmə qərarı açıqlanmayıb və səsləndirilən fikirlər Süzgünün şəxsi iddiaları kimi qiymətləndirilir. pizza hut
Qeyd edək ki, Özge Özpirinççi daha əvvəl yaydığı açıqlamada ittihamları qətiyyətlə rədd edib. Aktrisa Kübra Süzgünün atasını yalnız vəkilə yönləndirdiyini, hadisələrdə heç bir rolunun olmadığını bildirib və özü ilə ailəsinə qarşı səsləndirilən əsassız ittihamlarla bağlı hüquqi addımlar atacağını açıqlayıb.\Axşam.az
Telegram kanalımız