Şərurlu İsfəndiyarla bağlı daha bir qalmaqalın görüntüləri yayıldı

saytların hazırlanması

Evə çatdırılma

Şərurlu İsfəndiyarla bağlı daha bir qalmaqalın görüntüləri yayıldı

Hadisə

29 İyul 2026 09:17 891


Sumqayıt şəhərində yerləşən Nəsimi adına Mədəniyyət parkında tikinti məqsədilə sağlam ağacların kəsildiyi ilə bağlı görüntülər yayılıb. Şəhər sakinləri parkın bir hissəsində əvvəllər sıx ağaclıq olan ərazidə ağacların yerində böyük qazıntı sahələrinin yarandığını iddia edirlər.

“Yeni Sabah” Space TV-yə istinadla xəbər verir ki, məsələ ilə bağlı həmin ərazidə tikinti işlərini həyata keçirdiyi deyilən Şərur MTK-nın rəhbəri İsfəndiyar Axundov bildirib ki, şirkətin nə həmin ərazidə ağac kəsməsi, nə də Sumqayıtda hər hansı layihə həyata keçirməsi barədə məlumatı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, sözügedən ərazidə ağacların kütləvi kəsilməsi ilə bağlı yayılan görüntü və iddialar Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən araşdırılacaq. pizza mizza

Sumqayıt Şəhər İcra Hakimiyyətindən isə bildirilib ki, qeyd olunan ərazidə tikinti işləri hazırda müvəqqəti dayandırılıb.

Qurumdan həmçinin qeyd olunub ki, parkda ağacların kütləvi kəsilməsi ilə bağlı icra hakimiyyətinə hər hansı rəsmi müraciət daxil olmayıb.

Daha ətraflı Space TV-nin hazırladığı videosüjetdə:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!