Sərxan Kərəmoğlu Rusiyaya gedə bilmir: “Bunu sübut etmək üçün zaman lazımdır”

saytların hazırlanması

Evə çatdırılma

Sərxan Kərəmoğlu Rusiyaya gedə bilmir: “Bunu sübut etmək üçün zaman lazımdır”

Şou

23 Sentyabr 2026 08:56 98


Sərxan Kərəmoğlu son 2 aydır Rusiyaya gedə bilmir.

“Yeni Sabah” xəbər verir ki, bu barədə o,sosial media hesabında paylaşım edib.

Aparıcı Rusiyaya girişinə qoyulan məhdudiyyətin səhv nəticəsə olduğunu düşünür. Sezar pizza

S.Kərəmoğlu məsələ ilə bağlı artıq hüquqşünaslara müraciət edib:

“Artıq 2 aydır Rusiya Federasiyasına daxil ola bilmirəm. Hazırda məsələ ilə vəkillər məşğuldur. Mənə yanlışlıqla “stop” qoyulduğunu bilirəm. Lakin bunu sübut etmək üçün müəyyən vaxt lazımdır. Toylarını idarə etmək üçün söz verdiyim insanlar məni üzrlü hesab etsinlər. Hər biri ilə ayrıca danışaraq çıxış yolu tapmağa çalışacağıq. İnanıram ki, bunun həllini tapmaq mümkün olacaq. Hazırda mənim üçün bir qədər çətindir, bu vəziyyətə uyğunlaşmağa çalışıram”.

Aydan Hacı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!