Səudiyyədə yenidən İran səfirliyi açıldı

saytların hazırlanması

Evə çatdırılma

Səudiyyədə yenidən İran səfirliyi açıldı

Dünya

01 May 2023 14:20 556


İran Səudiyyə Ərəbistanındakı səfirliyini yenidən açıb.

Yenisabah.az "Əl-Cəzirə"yə istinadla xəbər verir ki, bu barədə İran XİN bəyanat yayıb.

İslam Respublikası hələ Səudiyyə Ərəbistanına səfir təyin etmədiyi üçün Tehran Ər-Riyadda müvəqqəti işlər vəkili səviyyəsində təmsil olunur. Sezar pizza

Bundan əvvəl bildirilmişdi ki, Tehran da Səudiyyə Ərəbistanının İrandakı səfirliyinin işinin mayın 9-dək bərpasını gözləyir.

İran və Səudiyyə Ərəbistanı arasında münasibətlər 2016-cı ildə Səudiyyə monarxiyasını tənqid edən nüfuzlu şiə ilahiyyatçısının Ər-Riyadda edam edilməsindən sonra xeyli pisləşib. Bundan sonra Tehranda nümayişçilər Səudiyyə Ərəbistanı səfirliyinə hücum edib, buna cavab olaraq Ər-Riyad Tehranla diplomatik əlaqələri kəsib.

Bu ilin martında Çinin vasitəçiliyi ilə İran və Səudiyyə Ərəbistanı diplomatik münasibətləri bərpa etmək barədə razılığa gəliblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!