Siqaret çəkən, narkotikdən istifadə edən ŞAGİRDLƏR:   Kimdir günahkar?

saytların hazırlanması

Evə çatdırılma

Siqaret çəkən, narkotikdən istifadə edən ŞAGİRDLƏR: Kimdir günahkar?

Sosial

18 Aprel 2022 16:51 1808


Ötən gün ölkənin bəzi bölgələrində ümumi (9-cu sinif) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirildi. Amma imtahandan çox sosial şəbəkələrdə başqa mövzu müzakirələrə səbəb oldu. Valideynlər tərəfindən bununla bağlı çoxlu şikayətlər də var. Onların dediyinə görə, imtahandan şagirdlərin siqaret çəkdiyinə şahidlik ediblər. Əvvəlki illərlə müqayisədə ötən gün bu hallar daha çox müşahidə olunub.

Bu hallara qarşı necə mübarizə aparmaq lazımdır?

Siqaret çəkən şagirdləri cəzalandırma mexanizmi varmı? pizza

Təhsil eksperti Elçin Əfəndi Yenisabah.az-a açıqlamasında deyib ki, bu məsələdə günahkar birbaşa uşağın valideynidir:

“Onarın hələ 18 yaşı tamam olmayıb. Siqaret istehsalçıları 18 yaşı olmayan şəxslərə onu qadağan edir. Buna baxmayaraq, 9-cu sinif şagirdi imtahan vaxtı və ya imtahandan sonra, dərs mühitində bundan istifadə edirsə, bunun birbaşa günahkarı həmin uşağın valideynidir. Əgər valideyn öz övladının sağlamlığı ilə bağlı vaxtında maarifləndirici söhbət aparsaydı, sağlığının və təhsilinin daha vacib olduğunu desəydi, belə acınacaqlı vəziyyəti digər valideynlər də müşahidə etməzdi”.

Ekspert qeyd edib ki, məktəblilər arasında narkotik vasitələrdən, siqaretdən, alkoqol içkilərdən istifadə halları artıb:

“Təəssüflər olsun ki, məktəblilər arasında narkotik vasitələrdən, siqaretdən, alkoqol içkilərdən istifadə halları artıb. Çox ciddi problemlər var. Burada təkcə valideyn yox, təhsil müəssisəsi, pedaqoji heyət də günahkardır. Onlar şagirdlərlə insan sağlamlığına zərər verə biləcək vasitələr haqqında maarifləndirici müzakirələr aparmalıdırlar. Bunlar olsaydı, indiki acınacaqlı mənzərə yaranmazdı. Müəllimlər və valideynlər uşaqları pis vərdişlərdən çəkindirməlidirlər”.

Nəzrin Vahid


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!