Cənubi Koreyada isti hava dalğası davam edərkən, ölkənin cənub-şərqində yerləşən Busan şəhərində son 122 ilin ən yüksək temperaturu qeydə alınıb.
“Yeni Sabah” xəbər verir ki, “Yonhap” agentliyinin yaydığı məlumata görə, Koreya Meteorologiya Administrasiyası (KMA) Busanda havanın temperaturunun 38,8 dərəcəyə çatdığını açıqlayıb.
Bununla da şəhərdə 2016-cı ildə qeydə alınmış və “ən isti gün” hesab edilən 37,7 dərəcə göstəricisi geridə qalıb. Beləliklə, 1904-cü ildən etibarən aparılan meteoroloji müşahidələr tarixində Busanda ən yüksək temperatur qeydə alınıb. pizza mizza
Digər tərəfdən, paytaxt Seulun şərq və cənub-qərb bölgələri üçün də yüksək temperatur xəbərdarlığı yayılıb.
Aydan Hacı
Telegram kanalımız