İyul ayınının 1-indən sentyabrın 1-nə qədər Naxçıvan - Türkiyə keçidini təmin edən “Dilucu” sərhəd məntəqəsi vətəndaşların üzünə bağlanmışdı.
Yenisabah.az Türkiyə mediasına istinadən xəbər verir ki, sərhədlər bəzi şəxslər üçün açılıb. Belə ki, bu şəxslər sərhədlərin bağlı olduğu müddətdə qarşılıqlı olaraq keçid edə bilərlər:
- Azərbaycanda və Türkiyədə təhsil alan tələbələr; pizza sifarişi
- Sənədlərini təqdim etməklə iş adamları;
- Qarşılıqlı olaraq hər iki ölkə vətəndaşlarının cənazə mərasiminə;
- Naxçıvana öz şəxsi maşını ilə keçmək istəyən Azərbaycan vətəndaşlarına;
- Naxçıvandan gəlmək istəyən türk vətəndaşları və üçüncü ölkə vətəndaşları;
- Sənədlərini təqdim etmək şərti ilə Azərbaycanda və Türkiyədə müalicə alan hər iki ölkə vətəndaşları;
- Naxçıvan üzərindən hava yolu ilə keçmək istəyən hər iki ölkə vətəndaşlarına.
Nurlan Cəfəri
Telegram kanalımız