Sosial yardımlar nə vaxt veriləcək? - Rəsmi AÇIQLAMA 

saytların hazırlanması

Evə çatdırılma

Sosial yardımlar nə vaxt veriləcək? - Rəsmi AÇIQLAMA 

Sosial

27 Dekabr 2023 17:06 1215


Sosial şəbəkələrdə dekabr ayının sosial ödənişlərinin verilməsindən gecikmələrin yaşanması barədə xəbərlər yayılıb. 

Modern.az məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdiliyə müraciət edib. 

O, sorğumuza cavab olaraq bildirib ki, hər ay sosial ödənişlərin köçürülməsi tarixi əvvəlcədən tərtib olunmuş qrafik əsasında həyata keçirilir:  Pepperoni pizza

"Bildiyiniz kimi, həmin qrafik əsasında pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımın ödənişi ay bitməmiş vətəndaşların hesablarına köçürülür. Bu ayın sosial ödənişlərinin ödənilməsində də hər hansı bir gecikmə olmayıb və yoxdur". 

Rəşad Mehdili qeyd edib ki, ay bitməmiş Dövlət Sosial Müdafiə Fondu tərəfindən respublika üzrə noyabr ayının pensiya ödənişləri yekunlaşdırılıb. 

"Digər sosial ödənişlərin də ay bitmədən yekunlaşdırılması nəzərdə tutulub", - o vurğulayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Almaz
    Xestelikle bağlı sosyal pensiyə ne zaman verılecek
    2 years ago