Ukraynada keçirilən xüsusi əməliyyat zamanı Rusiya hərbçiləri altı buraxılış qurğusunu və 200-dən çox HIMARS MLRS raketini, Amerikanın 33 M777 haubitsasını və “Harpun” gəmi əleyhinə raket kompleksinin beş buraxılış qurğusunu məhv edib.
Yenisabah.az “RIA Novosti”yə istinadla xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.
“Qərb silahlarının Ukraynaya nəzarətsiz tədarükü regionun təhlükəsizliyini ciddi şəkildə təhdid edir. Ümumilikdə, Rusiya qoşunlarının Ukrayna Silahlı Qüvvələrinin hərbi obyektlərinə endirdiyi zərbələr nəticəsində Amerikanın 33 M777 haubitsaları və “Harpun” gəmi əleyhinə raket kompleksinin beş buraxılış qurğusu məhv edilib. Həm də 6 buraxılış qurğusu və 200-dən çox HIMARS raket sistemlərinin raketləridir”, - deyə Şoyqu qeyd edib. Toyuqlu pizza
Həmçinin, onun sözlərinə görə, son iki həftə ərzində Ukrayna qoşunları 396 "Javelin" və NLAW tank əleyhinə raket komplekslərini, 125 "Stinger" tipli portativ zenit-raket komplekslərini itirib.
Telegram kanalımız