Söyüş söyən insan psixi xəstədir? -   “Həyatdan narazı olanda, sabaha ümid olmayanda...”

saytların hazırlanması

Evə çatdırılma

Söyüş söyən insan psixi xəstədir? - “Həyatdan narazı olanda, sabaha ümid olmayanda...”

Sosial

10 İyul 2026 15:39 239


Söyüş söyən insan psixi xəstədir? Yoxsa o sadəcə əxlaqsız sayılmalıdır?

Gündəlik həyatda danışığı zamanı arqo ifadələrdən tez-tez istifadə edənlər şəxslərə “savadsız” damğası vuranlar da azlıqda deyil. Digərləri bunu xarakterdəki kobudluqla izah edir

Həkim-psixiatr Abdulla Şıxlinskinin sözlərinə görə, insanın danışarkən seçdiyi sözlər, cümlələri necə qurması, jestlərdən istifadə qaydası və s. onun psixoloji vəziyyəti barədə ciddi məlumat verir. Dominos pizza

O, “Yeni Sabah”a açıqlamasında bildirib ki, insanın nitqi onun daxili aləminin ən mühüm göstəricilərindən biridir:

“Psixiatriyada, psixologiyada və psixoterapiyada insanın nitqinə, danışıq tərzinə, jestlərinə baxaraq onun keçirdiyi hissləri, emosional vəziyyətini, dəyərlər sistemini və bəzi psixoloji xüsusiyyətlərini müəyyən edə bilirik. Yəni insan hansı hisslərlə yaşayır, dünyaya necə baxır, bunlar nitqində öz əksini tapır...

Gündəlik dildə “söyüş” deyilən ifadələr elmi terminologiyada “qeyri-normativ leksika” adlanır və bu cür sözlərdən istifadə insanın özünü başqa formada ifadə etməkdə çətinlik çəkməsinin göstəricisi ola bilər”.

A.Şıxlinskinin fikrincə, bunun əsas səbəblərindən biri insanın pedaqoji təsir imkanlarının zəif olmasıdır:

“Adətən, “tərbiyə” sözü işlədilir. Mən bunu daha çox pedaqoji təsir vasitələri kimi izah edirəm. İnsan lazımi pedaqoji təsir görməyəndə, həyatından narazı olanda, daxili kompleksləri çox olanda, yaşadığı cəmiyyətlə bağlı narazılıqları artanda bunu bəzən qeyri-normativ leksika ilə ifadə edir”.

Psixiatrın sözlərinə görə, bu cür insanlar çox vaxt özlərini başqa yollarla ifadə edə bilmirlər:

“İnsan var ki, özünü gördüyü faydalı işlərlə, yaradıcılığı ilə, sevgisi ilə, xeyirxahlığı ilə ifadə edir. Amma bunları bacarmayan insanlar bəzən söyüşü özünüifadə vasitəsinə çevirirlər. Bu, insanın mənəvi aləminin kasad olması və özünü başqa formada təqdim edə bilməməsi ilə əlaqəlidir".

Psixiatr hesab edir ki, insan özünü elm, incəsənət və ya cəmiyyətə faydalı fəaliyyətlə ifadə edə bilirsə, buna ehtiyac duymur:

"Əgər insan alimdirsə, yazıçıdırsa, bəstəkardırsa və ya cəmiyyət üçün faydalı iş görürsə, o, özünü gördüyü işlərlə ifadə edir. Bunu bacarmayan insanlar isə bəzən düşünürlər ki, qeyri-normativ leksikadan istifadə etməklə diqqət çəkə və özlərini fərqləndirə bilərlər”.

“Müxtəlif ölkələrdə söyüşdən geniş istifadə olunması həmin cəmiyyətlərdə mənəvi problemlərin mövcudluğundan xəbər verə bilər. Kitab oxumağa marağın azalması, mütaliənin zəifləməsi və insanların mənəvi inkişafına kifayət qədər vaxt ayırmaması da bu prosesə təsir göstərən amillərdəndir.

Azərbaycanda da son illər bu tendensiya daha çox müşahidə olunur. İnsanlar əvvəlki kimi mütaliə etmir, mənəvi inkişaf üzərində işləmirlər. Nəticədə, nitq mədəniyyəti də zəifləyir və qeyri-normativ leksikadan istifadə halları artır”, - deyə A.Şıxlinski əlavə edib.

Psixiatrın sözlərinə görə, söyüşdən istifadə normal davranış hesab edilə bilməz:

“İnsan digər canlılardan fərqli olaraq nitqini daim inkişaf etdirməlidir. Qeyri-normativ leksika həm ünsiyyət mədəniyyətinin zəifliyini, həm də insanın kifayət qədər pedaqoji təsir görmədiyini göstərə bilər. Belə insanların uşaqlıq dövründə bir çox ehtiyacları ödənilməyib, buna görə də onlar həyatdan narazı böyüyüblər”.

Yüksək vəzifəli və tanınmış şəxslərin söyüş işlətməsinə də münasibət bildirən Abdulla Şıxlinski qeyd edib ki, vəzifə insanın mənəvi kamilliyini göstərən meyar deyil:

“Rəsmi şəxslər də insanlardır. Digər insanlarda olan psixoloji problemlər onlarda da ola bilər. Vəzifədə olmaq insanın yüksək mənəviyyata və ya güclü pedaqoji təsir görməsinə dəlalət etmir. Elə insanlar var ki, heç bir vəzifəsi yoxdur, amma heç vaxt söyüş işlətmir.

O, xarici film və seriallarda söyüşlərin geniş istifadə olunmasına da toxunaraq bildirib ki, əvvəlki dövrlərdə, xüsusilə sovet filmlərində belə hallara rast gəlinmirdi:

“Sovet dövründə çəkilmiş filmlərdə demək olar ki, söyüş yox idi. İnsanlar narazılıqlarını başqa sözlərlə ifadə edirdilər. O dövrdə söyüş böyük qəbahət sayılırdı və buna cəmiyyətdə mənfi münasibət vardı.

İnsanın sosial vəziyyəti və həyat şəraiti də onların danışıq tərzinə təsir göstərir. Əgər o, daim gərginlik içində yaşayırsa, sabahından narahatdırsa, maddi problemlərlə üzləşirsə və ehtiyacları ödənilmirsə, bu, onun psixoloji durumuna təsir edir. Belə vəziyyətlərdə qeyri-normativ leksikadan istifadə halları arta bilər. Bu məsələnin psixoloji tərəfi də məhz bununla bağlıdır”.

Aytəkin Əzizqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!