Metro ziyanla işləyir - Gediş haqqı artırılacaq?

saytların hazırlanması

Evə çatdırılma

Metro ziyanla işləyir - Gediş haqqı artırılacaq?

Sosial

02 Sentyabr 2026 10:14 433


Xəbər verdiyimiz kimi, avqustun 15-dən etibarən “Bakı Metropoliteni”nin "yaşıl" və "qırmızı" xətlərinin ayrılması ilə bağlı işlərə başlanılmasından sonra bir sıra stansiyalara gediş məhdudlaşdırılıb. 

“Yeni Sabah” bildirir ki, sözügedən dəyişiklik metrodan istifadə edən sərnişinlərin gündəlik sayına da təsirsiz ötüşməyib. Belə ki, prosesə start verildikdən sonra, hətta günün pik saatlarında belə, xüsusən də "Nizami" - "Dərnəgül" stansiyaları istiqamətində sərnişin sıxlığının əvvəlki dövrlə müqayisədə nəzərəçarpacaq dərəcədə azaldığı müşahidə olunur.

Bu da metronun ziyanla işləməsi və gediş haqqına təsiri barədə suallar yaradır. Pepperoni pizza

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli deyib ki, metro həmişə ziyanla işləyir.

O qeyd edib ki, bu prosesə sərnişinlərin sayının azalması da təsirini göstərəcək: “Metro hər zaman dövlət büdcəsindən dotasiya alıb. Məhdudiyyət ən azından dövriyyəsinə təsir edəcək. “Bakı Metropoliteni” çox güman ki, dövlət büdcəsindən daha böyük dotasiyanın alınması üçün müraciət edəcək. Bu günə qədər də metropolitenin gəlir hissəsi ilə bağlı açıqlamalar olur, ancaq xərc hissəsi ilə bağlı detallı açıqlamaları görmürük. Nə üçün ziyanla işləyir, xərclər haradadır, xərcləri necə azaltmaq olar? Bununla bağlı suallar hələ də açıq qalır”.

 N.Cəfərli gediş haqqının artırılması ehtimalının da olduğunu bildirib: “Ola bilsin, Tarif Şurasına müraciət edilsin. Belə bir ehtimal hər zaman var”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!