Türkiyənin Ümumi Daxili Məhsulu (ÜDM) ikinci rübün nəticələrinə əsasən illik müqayisədə 2.3% artaraq 2020-ci ilin pandemiya dövründən bəri ən zəif artım tempini göstərib.
“Yeni Sabah” xəbər verir ki, birinci rübdə 2.5% olan bu artımın səngiməsinə əsas səbəb sənaye istehsalının iyun ayında illik 1.4% azalması olub. Bununla belə, ev təsərrüfatlarının xərclərinin 3.5% artması daxili tələbatı dəstəkləyib ki, bu da iyulda inflyasiyanın 31.8%-ə (iyunda 32.1%) düşməsi ilə müşayiət olunub.
Türkiyə Mərkəzi Bankı inflyasiya ilə mübarizə çərçivəsində əsas faiz dərəcəsini yanvardan bəri 37% səviyyəsində saxlayır. Avqustda istehlakçı inamı indeksi 90.8 bəndə yüksəlsə də, 100 bəndlik həddən aşağı qalmaqla bədbinliyi qoruyur; əsas kapitalın ümumi yığımı cəmi 0.6% artıb, dövlətin son istehlak xərcləri isə 1.8% azalıb. Sezar pizza
Mövsümi təsirlər nəzərə alınmaqla işsizlik səviyyəsi iyulda 7.6%-dən 8.1%-ə yüksəlib. Xarici ticarətdə isə iyul ayında ixrac illik 2.9% artaraq 25.6 milyard dollar, idxal 5.1% artaraq 32.9 milyard dollar təşkil edib və nəticədə ticarət kəsiri 13.6% böyüyərək 7.3 milyard dollara çatıb. İxracın idxalı qarşılama əmsalı 79.4%-dən 77.7%-ə enib, idxalın 70%-dən çoxunu xammal və komplektləşdirici hissələr, ixracın 94.4%-ini isə emal sənayesi təşkil edib. Ölkəyə valyuta axınının əsas mənbələrindən olan turizm gəlirləri də ikinci rübdə illik 2.6% geriləyərək 15.9 milyard dollar olub.
Telegram kanalımız