Su sızmasının təkrar yaranmasının qarşısını necə almaq olar? 

saytların hazırlanması

Evə çatdırılma

Su sızmasının təkrar yaranmasının qarşısını necə almaq olar? 

Sosial

27 İyun 2026 14:29 90


Su sızması aradan qaldırıldıqdan sonra eyni nasazlığın yenidən baş verməməsi üçün problemin əsas səbəbi müəyyən edilməli və düzgün təmir üsulu seçilməlidir. Yalnız görünən hissənin bərpası kifayət etmir. Boruların vəziyyəti, birləşmələr, istifadə olunan materiallar və quraşdırma keyfiyyəti birlikdə qiymətləndirildikdə su sızma problemlinin təkrar yaranma ehtimalı azalır.

Su sızması niyə təkrar baş verir?

Su sızmasının yenidən yaranmasının  əsas səbəblərindən biri nasazlığın yalnız görünən hissəsinin aradan qaldırılmasıdır. Çatlamış borunun davamı, köhnəlmiş birləşmələr və ya daxildən zədələnmiş xətlər yoxlanılmadıqda problem qısa müddətdən sonra başqa nöqtədə üzə çıxa bilər. Buna görə diaqnostika yalnız su çıxan hissə ilə məhdudlaşmamalıdır. Dominos pizza

Digər vacib amillərdən biri uyğun olmayan materiallardan istifadə edilməsidir. Borunun növünə uyğun fitinq, conta və birləşdirici elementlər tətbiq olunmadıqda birləşmələr boşala və sızma yenidən yarana bilər.  Yüksək su təzyiqi, köhnəlmiş borular, qaynaq səhvləri və montaj zamanı buraxılmış texniki çatışmazlıqlar da eyni nasazlığın təkrarlanmasına səbəb olur. Buna görə təmir prosesi başa çatdıqdan sonra bütün xətt yoxlanılmalı və sınaq aparılmalıdır.

Təmirdən sonra boru sisteminin yoxlanılması niyə vacibdir?

Sızma aradan qaldırıldıqdan sonra boru xəttinin işlək vəziyyətdə olması mütləq yoxlanmalıdır. Bunun üçün sistem təzyiq altında sınaqdan keçirilir. Su sizma  ustası yeni birləşmələrin möhkəmliyi yoxlayır və gizli xətlərdə əlavə sızmanın olub-olmadığı araşdırılır. Bu mərhələ tamamlanmadan görülmüş işin tam başa çatdığını demək düzgün olmaz.

Müasir avadanlıqlarla aparılan yoxlamalar divar və döşəmə daxilində qalan gizli problemlərin müəyyən edilməsinə imkan verir. Termal kamera, akustik dinləmə cihazı və rütubət ölçən avadanlıqlar vasitəsilə gözlə görünməyən nasazlıqlar aşkar edilir.

Su sızmasının yenidən baş verməməsi üçün hansı profilaktik tədbirlər görülməlidir?

Təkrar sızmanın qarşısını almaq üçün köhnəlmiş boruların və aşınmış birləşmələrin yenilənməsi vacibdir. Əgər boru xəttində paslanma, çat və ya mexaniki zədələnmə müşahidə edilirsə, yalnız sızan hissənin deyil, risk yaradan digər hissələrin də dəyişdirilməsi məqsədəuyğundur. 

Su təzyiqinin normaya uyğun saxlanılması, keyfiyyətli birləşdirici elementlərdən istifadə olunması və quraşdırmadan sonra sınaq yoxlamalarının aparılması da mühüm əhəmiyyət daşıyır.  Boru xəttinin ümumi vəziyyəti qiymətləndirildikdə gələcəkdə yarana biləcək nasazlıqlar əvvəlcədən müəyyən edilə bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!