Sumqayıt sakinlərinə xəbərdarlıq: Sabah saat 10:00-dan...

saytların hazırlanması

Evə çatdırılma

Sumqayıt sakinlərinə xəbərdarlıq: Sabah saat 10:00-dan...

Sosial

28 Dekabr 2023 19:00 878


“Sumqayıt” QTM-dən ayrılan “Şəhər-4” orta təzyiqli qaz xəttində görüləcək təmir işləri ilə əlaqədar 29.12.2023-cü il tarixdə saat 10:00-dan etibarən işlər başa çatanadək adıçəkilən qaz xəttindən qaz təchizatının dayandırılması planlaşdırılır.

Yenisabah.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.

Təmir işləri aparılan müddətdə Sumqayıt şəhərinin (Novruz, Təzə və Köhnə Corat qəsəbələri, Yaşıldərə yaşayış massivi, Sumqayıt-Novxanı şosesi ilə üzbəüz ərazilər, Saray, Novxanı və Corat bağları, 47, 48, 49, 50, 51, 52-ci məhəllələr, 11, 12, 13, 16, 17, 18, 20 və 21-ci mikrorayonlar) bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!