Sumqayıta gedənlərə ŞAD XƏBƏR

saytların hazırlanması

Evə çatdırılma

Sumqayıta gedənlərə ŞAD XƏBƏR

Sosial

14 Avqust 2026 16:26 241


Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunacaq.

Yeni Sabah xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları (ADY) məlumat yayıb.

Bildirilib ki, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində Xırdalan–Güzdək sahəsində dəmiryol xətlərinin altından yeni avtomobil yolu keçidinin inşası tamamlanıb. Toyuqlu pizza

Hazırda Xırdalan–Sumqayıt sahəsi üzrə yol infrastrukturuna baxış keçirilir. Eyni zamanda, bu istiqamətdə təyin olunacaq yeni reyslərdə istifadə ediləcək hərəkət tərkiblərinin təmiri işləri davam etdirilir.

ADY-nin məlumatına görə, bütün hazırlıq işləri başa çatdıqdan sonra Bakı–Xırdalan–Sumqayıt marşrutu üzrə qatarların hərəkəti yeni tədris ili ərəfəsində bərpa ediləcək.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!