“Sumqayıtda 7000 nəfər işsiz var” - İcra başçısı

saytların hazırlanması

Evə çatdırılma

“Sumqayıtda 7000 nəfər işsiz var” - İcra başçısı

Sosial

03 Oktyabr 2019 12:34 977


"Sumqayıtda 20 minə yaxın sahibkar var. Onlar iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərirlər".

"Yeni Sabah" bildirir ki, bu sözləri sahibkarlarla görüşündə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov deyib.  Z. Fərəcov çıxışında Sumqayıtda fəaliyyət göstərən sahibkarların üzləşdiyi problemlərdən də söz açıb.  Bildirilib ki, sahibkarların işinə qeyri-qanuni müdaxilələr yolverilməzdir: "Sahibkarların azad fəaliyyəti göstərməsi üçün imkan və şərait yaradılmalıdır".

Z. Fərəcov müdaxilə ilə üzləşən sahibkarları icra hakimiyyətinin 164 nömrəli "Qaynar xətti"nə məlumat verməyə çağırıb: "Belə hallarla üzləşən sahibkarlar mütləq qaydada icra hakimiyyətinə problemlə bağlı müraciət etməlidir. Edilən müraciətlər araşdırılaraq müvafiq qərarlar qəbul ediləcək". pizza sifarişi

O, Sumqayıtın dövlətdən dotasiya almayan şəhərlər sırasında olduğunu da diqqətə çatdırıb. Şəhər rəhbəri hazırda şəhərdə 7000 nəfər işsiz vətəndaşın olduğunu da sözlərinə əlavə edib.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!